Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Laçın sərhəd-keçid məntəqəsinin yaradılması Azərbaycan üçün böyük tarixi və siyasi əhəmiyyətə malikdir

0

  • 2020 - ci ilin sentyabr ayının 27 - də mənfur erməni faşistlərinin növbəti təxribatı zamanı Azərbaycan ordusu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə əks hucum əməliyyatına başladı və 44 gün ərzində müharibəni qələbə ilə başa çatdırdı. Ordumuzun şücaəti nəticəsində erməni işğalı altındakı torpaqlarımız azad edildi və düşmən kapitulyasiya aktına imza atmağa məcbur edildi. 10 noyabr bəyanatında bir çox maddələr öz əksini tapmışdır ki, bunlardan biri də Azərbaycanda yaşayan etnik ermənilərin Laçın rayonu ərazisindən Ermənistana gedib - gəlmələri üçün yolun verilməsi idi. Həmin vaxt yol Laçın şəhərinin içərisindən keçdiyi üçün o da qeyd olunmuşdur ki, yaxın üç il ərzində Azərbaycan tərəfi Laçın şəhərindən yan keçməklə yeni yol çəkəcəkdir və bundan sonra dəhliz kimi həmin yoldan ermənilər sülhməramlıların nəzarəti altında istifadə edəcəklər.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 
    Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dərhal alternativ yolun çəkilməsinə başlanılması üçün göstəriş verdi. Cəmi il yarıma yol çəkilib istifadəyə verildi. Ölkə Başçısı rus sülhməramlılarına 2022 - ci ilin avqust ayının 5 - ə kimi postlarını yeni marşruta dəyişməyi təklif etdi. Sülhməramlılar isə avqust ayının 25 - nə qədər möhlət istədi, Azərbaycan tərəfi də onların bu xahişini geri çevirmədi. Artıq 2022 - ci ilin avqust ayının 25 - də Laçın şəhəri, rayonun Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Ölkəmizdə yaşayan etnik ermənilər yenə də sərbəst şəkildə yeni yoldan istifadə etməyə başladılar. Ancaq təəssüflər olsun ki, ermənilər yenə də öz murdar xislətlərinə sadiq qalaraq humanitar məqsədlər üçün nəzərdə tutulmuş bu yoldan Qarabağda qalmış separatçı tör - töküntülərinə silah - sursat daşımaq üçün, Azərbaycanın təbii sərvətlərini Ermənistana daşımaq üçün istifadə etməyə başladılar. Onların bu hərəkətlərinin qarşısını almaqda mükəlləf olan Rusiya Sülhməramlıları isə sadəcə seyirçi mövqe sərgiləməklə məşğul oldular. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Sözsüz ki, müstəqil dövlət olan, sərhədləri beynəlxalq qurumlar və dünya ölkələri tərəfindən tanınmış Azərbaycan bu hal ilə barışıb öz sərhədlərini nəzarətsiz qoya bilməzdi. Əvvəlcə ölkəmizin təbii sərvətlərinin Ermənistana daşınmasına etiraz əlaməti olaraq ekofəallar dinc aksiyalara başladılar və sülhməramlılardan bu ekoloji cinayətə son qoyulmasını tələb etdilər. Aylarla davam edən dinc aksiyanın sonunda Azərbaycan Laçın rayonu ilə Ermənistan respublikası arasında sərhəd - keçid məntəqəsi yaradılmasına nail oldu. Əslində bu belə də olmalı idi. Çünki Azərbaycan suveren dövlətdir hududlarına kimsənin buraxılıb - buraxılmaması hüqunu özündə saxlayır. Dünyanın elə bir dövləti yoxdur ki, onun sərhədlərini kimsə istədiyi formada, istədiyi anda maneəsiz keçə bilsin. Ölkəmiz 30 il ərzində ərazilərimizi işğal altında saxlamış, vətəndaşlarımıza qarşı soyqırım həyata keçirmiş bir ölkənin vətəndaşlarının respublikamızın ərazisinə sərbəst şəkildə daxil olub yeni faciələr törətmələrinə yol verə bilməzdi.Laçında sərhəd - buraxılış məntəqəsinin qurulması ilə birlikdə yenə də ermənilərin adətkar olduğu vay - şüvən kampaniyası başladı. Guya Azərbaycan etnik erməniləri blokadada saxlayır, orada aclıq, səfalət hökm sürür. Yenə də bu işdə ermənilərin züytutanları ifasını yerinə yetirən Fransa və bu tipdən olan digər ölkələr Azərbaycanı günahlandırmağa cəhdlər göstərməyə başladılar. Ancaq onlar bir şeyi unudurlar ki, artıq dünya erməni yalanlarına inanmır. Reallıq göz qabağındadır. Azərbaycan Qarabağda vaxtilə yaşamış erməni əsilli vətəndaşlarına dəfələrlə bu ölkənin qanunlarını, vətəndaşlığını qəbul edib digər vətəndaşlar kimi yaşamağı qəbul etdikləri təqdirdə onlar üçün bütün zəmanətlərin veriləcəyini bəyan etmişdir. Əks təqdirdə, onlar istədikləri ölkənin vətəndaşlığını qəbul edib orada yaşaya bilərlər. Burada digər ölkələrin qanunları ilə yaşamaq mümkün deyildir. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 
    Ermənilər yenə də öz çirkin niyyətlərini çeşid - çeşid sərgiləmədədiklər. Ağdam yolundan imtina edib Laçınla sərhəddə dırnaqarası humanitar yüklərlə dolu tırların toplanması, Beynəlxalq Ədalət məhkəməsində guya Laçın sərhəd-buraxılış məntəqəsinin qanuna zidd şəkildə yaradılması haqqında tələb, nəhayət BMT Təhlükəsizlik Şurasında blokada şousu. Ancaq göründüyü kimi bütün bu cəhdlər Azərbaycanın haqq işi qarşısında iflasa uğradı və bütün dünya erməni uydurmalarına yox dedi. İndi dünya birliyi cılız düşüncələrlə, uydurma ambisiyalarla, gerçəkləşməsi mümkün olmayan xəyallarla yaşayan cılız Ermənistanın deyil, böyük uğurlara imza atan Azərbaycanın haqq işini dəstəkləyir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 
    Laçın sərhəd-keçid məntəqəsinin yaradılması Azərbaycan üçün böyük tarixi və siyasi əhəmiyyətə malikdir. Laçın Sərhəd buraxılış məntəqəsinin yaradılması Vətən müharibəsi nəticəsində torpaqlarını düşmən işğalından azad etmiş Azərbaycanın öz sərhədləri çərçivəsində bütövlüyünün simvoludur. Laçın sərhəd-keçid məntəqəsinin yaradılması möhtəşəm bir hadisə kimi Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə yazılacaqdır.​
    ​Kamran Şahmuradov,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib54 dəfə
    laçın sərhəd keçid məntəqəsinin yaradılması azərbaycan üçün böyük tarixi siyasi əhəmiyyətə malikdir

    Maraqlı gələ bilər
    103
    29
    57
    39